Xızıda keçmiş məhkumdan 3 kq narkotik götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda keçmiş məhkumdan 3 kq narkotik götürülüb

11:09 - 08 / 04 / 2024
Xızıda keçmiş məhkumdan 3 kq narkotik götürülüb

Xızıda külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Səfər Səfərov saxlanılıb.

Həmin şəxsdən 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Səfərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
233

Son xəbərlər

Bütün xəbərlər