RİNN Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

RİNN Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

10:17 - 09 / 04 / 2024
RİNN Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və teleradio yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

Paylaş:
266

Son xəbərlər

Bütün xəbərlər