Liftdə köməksiz qalan 2 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Liftdə köməksiz qalan 2 nəfər xilas edilib

15:41 - 10 / 04 / 2024
Liftdə köməksiz qalan 2 nəfər xilas edilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.

Paylaş:
300

Son xəbərlər

Bu gün Milli Teatr Günüdür

10 / 03 / 2025, 15:34
Bütün xəbərlər