8 kəndi birləşdirən yolun açılışı əhalinin probleminə son qoydu | 1news.az | Xəbərlər
Cəmiyyət

8 kəndi birləşdirən yolun açılışı əhalinin probleminə son qoydu

16:38 - 11 / 04 / 2024
8 kəndi birləşdirən yolun açılışı əhalinin probleminə son qoydu

Prezident İlham Əliyevin aprelin 9-da açılışını etdiyi Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolu əhalinin probleminə son qoyub.

1news.az Report-a istinadən xəbər verir ki, bu barədə 20 nömrəli yol-istismar idarəsinin baş mühəndisi Əlnaib Kərimov bildirib.

Ə. Kərimovun sözlərinə görə, sözügedən avtomobil yolu iki ilə yaxındır, bərbad vəziyyətə düşüb. Nəticədə sakinlər yolsuzluqdan əziyyət çəkir, gedəcəkləri ünvana vaxtında çata bilmirdilər. Ölkə başçısının sərəncamı əsasında yolun inşasına başlamaqla, əhalini narahat edən bu problemə son qoyuldu:

“Yol öz başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstanla Dövlət sərhədi avtomobil yolunun 132-ci kilometrindən götürür. Uzunluğu 39 kilometr olan yol 8 yaşayış məntəqəsini birləşdirir. Yolun 22-ci kilometrində Pirsaat çayı üzərində üçaşırımlı 72 paqonometr uzunluğunda körpü tikilib”.

Baş mühəndisin sözlərinə görə, yol 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Yolun hərəkət hissəsinin eni 6 metr, torpaq hissəsi ilə birlikdə isə 10 metrdir. 12500 sakinə xidmət edən, iki zolaqdan ibarət yolda müvafiq yol nişanları quraşdırılıb, suötürücü qurğular tikilib. Qeyd olunan yaşayış məntəqələrinin sakinləri bundan sonra yoldan rahatlıqla istifadə edəcək, kənd təsərrüfatı məhsullarının daşınmasında problemlə qarşılaşmayacaqlar.

Bölgələrimizdə infrastrukturun təkmilləşdirilməsinə istiqamətlənmiş bütün bu işlər Prezident İlham Əliyevin ölkənin kompleks inkişafını müntəzəm diqqətdə saxlamasının daha bir mühüm göstəricisidir. Təsadüfi deyil ki, dövlət başçısı həm işğaldan azad olunmuş ərazilərə, həm də ölkənin digər regionlarına daim səfərlər edir, yerlərdə zəruri infrastruktur layihələrinin icrasına dair müvafiq sərəncamlar imzalayır.

Paylaş:
177

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər