Ağdərədə odlu silahlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdərədə odlu silahlar aşkarlanıb

Qafar Ağayev13:06 - 12 / 04 / 2024
Ağdərədə odlu silahlar aşkarlanıb

İşğaldan azad olunan Ağdərə rayonunda odlu silahlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin və Daxili Qoşunların hərbi qulluqçuları Ağdərə rayonunun Umudlu kəndi ərazisində xidmətdə olan zaman 3 pulemyot, 1 qumbaraatan və 1 avtomat aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər