Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə edib

Qafar Ağayev15:23 - 15 / 04 / 2024
Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

Bildirilib ki, tərəflər Azərbaycan və Oman arasında əlaqələrin inkişafı ilə bağlı hər iki ölkənin insanlarına fayda verəcək bir sıra mühüm məsələlərə - ticarət və investisiyalara, təhsil və mədəniyyətə, bərpa olunan enerji və s. müzakirə ediblər.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda işgüzar səfərdədir.

Paylaş:
289

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər