Hesabatlılıqdan yayınan provayderlər cərimələnib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

Qafar Ağayev11:31 - 16 / 04 / 2024
Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) fəaliyyətləri barədə məlumat təqdim etməkdən yayınan “Fibernet” və “ButaTelecom.az” MMC-lər cərimələnib.

İKTA-dan 1news.az-a verilən məlumata görə, adıçəkilən provayderlər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsinə (telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması) uyğun olaraq cərimə növündə inzibati tənbeh tətbiq edilməsi haqqında məhkəmə qərarları qəbul edilib.

İKTA bir daha vurğulayır ki, sahə üzrə məlumatların toplanması telekommunikasiya xidmət bazarlarında təhlillərin aparılması və xidmət bazarlarının formalaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsində mühüm əhəmiyyət kəsb edir.

Sorğulara vaxtında, tələb edilən qaydada və ətraflı cavab verməyən və qanunla üzərilərinə qoyulmuş digər öhdəlikləri icra etməyən operator və provayderlərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi istiqamətində işlər davam etdiriləcək.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Paylaş:
373

Son xəbərlər

Səhiyyə Nazirliyində UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilibBu gün, 13:54ABŞ-nin səfiri həyat yoldaşı ilə Gəncəni ziyarət edib: “Unudulmaz təəssüratlar yaşadıq” - FOTOBu gün, 13:48Ali təhsildə qısa müddətdə radikal dəyişikliklər gözləmək real deyilBu gün, 13:37Məhkəmə Rüfət Səfərovla bağlı qərar veribBu gün, 13:19Sabah yağış yağacaq - ProqnozBu gün, 13:14Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi artıb - RəqəmlərBu gün, 13:05Böyük Britaniyanın sevimli oyuncaq mağazası “The Entertainer” Azərbaycanda 10 illiyini Möhtəşəm Tədbirlə Qeyd Etdi! - FOTO - VİDEOBu gün, 13:03Müjdat Həsənov: Azərbaycanda 105 ölkədən 11 minə yaxın tələbə təhsil alırBu gün, 12:38İlham Əliyev Amerika İsrail İctimai Əlaqələr Komitəsinin prezidenti və yeni seçilmiş prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 12:26Gələn ilin bayram günləri müəyyənləşibBu gün, 12:09Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub ünvanlayıbBu gün, 11:49CFI Azərbaycanda CFI Financial Investment Company-nin təqdimatını və İlqar Rüstəmbəylinin rəhbərliyə təyin olunmasını elan edirBu gün, 11:41Paytaxtın üç rayonunda işıq olmayacaqBu gün, 11:25Naxçıvan istiqamətində növbəti yenilik: onlayn aviabilet alışı indi “digital.login” iləBu gün, 11:10AMB 9 ayda ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıbBu gün, 10:53Əmtəə bazarlarında qızılın qiyməti 2 700 dolları ötübBu gün, 10:48Milli Müdafiə Universitetində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilibBu gün, 10:39Azərkosmosun peyk həlləri Qırğızıstanda təbii fəlakətin qarşısının alınmasında istifadə olunubBu gün, 10:34Sulutəpədə qanunsuz tikili sökülüb - FOTO - VİDEOBu gün, 10:27Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 4 milyard dollar təşkil edibBu gün, 10:21
Bütün xəbərlər