ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO

Qafar Ağayev13:59 - 17 / 04 / 2024
ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovla ölkəmizdə səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakalanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

1news.az xəbər verir ki, görüş zamanı ADY ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı müzakirə edilib, nümayəndə heyətinə regionda həyata keçirilən dəmiryol layihələri, işğaldan azad olunmuş ərazilərimizdə yenidən qurulan dəmiryol infrastrukturu, həmçinin Orta Dəhiz və onun artmaqda olan əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər