Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir

Qafar Ağayev16:52 - 18 / 04 / 2024
Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir

"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə diqqət yetirdiyi əsas məsələlərdən biri də neokolonializmə qarşı mübarizə olub. Təəssüf ki, XXI əsrdə müstəmləkəçilik təfəkkürü hələ də davam etməkdədir".

1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev neokolonializmi keçmişin utancverici mirası adlandırıb. Bu mirası davam etdirən ölkələrdən ən birincisi də Fransadır.

Milli Məclisin sədri qonaqların diqqətinə çatdırıb ki, keçmişdə öz müstəmləkələrində apardığı qeyri-qanuni fəaliyyətlərə, törətdiyi cinayətlərə görə üzr istəmək əvəzinə, Fransa öz müstəmləkə siyasətini yeni formalarla, metodlarla davam etdirir, özünün dənizaşırı ərazilərindəki xalqların azadlıq istəklərinə, müstəqil olmaq hüquqlarına hörmət etmir, bütün vasitələrlə onların qarşısını almağa çalışır.

Sahibə Qafarovanın sözlərinə görə, neokolonializm siyasətinin əsasında irqçilik, ksenofobiya, özünü, öz hüquqlarını, mənafelərini digərlərindən üstün tutmaq dayanır.

Yeni Kaledoniyada əhalinin yarıdan da çoxunun iştirakı olmadan keçirilmiş referendumun nəticələri və törədilən əngəllər barədə danışan Milli Məclisin sədri, XXI əsrdə Fransanın belə primitiv vasitələrə əl atmaqla, xalqların hüquqlarını kobud şəkildə pozmasının qəbuledilməz olduğunu deyib.

Paylaş:
171

Son xəbərlər

Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24
Bütün xəbərlər