Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.
1news.az xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib.
O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini "iqtisadçı" ixtisasi üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararası Valyuta Birjası" QSC-də başlayıb, sonradan bir sıra kommersiya banklarında çalışıb, 1999-2004-cü illərdə o vaxtlı Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi, 2004-2006-cı illərdə "Bakı Fond Birjası" QSC-nin Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru, 2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini, 2014-2022-ci illərdə Təhsil Nazirliyində idarə rəisi işləyib, 2022-ci ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib.
Ailəlidir, 2 övladı var.