Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilib
"Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantılarında iştirak çərçivəsində təşkilatın Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə prezidenti Endryu Torre ilə görüşdük".
1news.az xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
O bildirib ki, görüş zamanı Azərbaycan Mərkəzi Bank ilə Visa arasında mövcud əməkdaşlıq və gələcək fəaliyyət imkanları müzakirə edilib.
"Həmçinin ödəniş sektorunda innovasiyaların təşviqi istiqamətində Visa ilə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi apardıq", - deyə T.Kazımov vurğulayıb.
181