Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı

Qafar Ağayev17:35 - 22 / 04 / 2024
Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin İqtisadiyyat Komitəsinin sədri Davit Sonğulaşvili ilə görüşüb. Görüşdə dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin inkişafından razılıq ifadə olunub.

Parlamentdən 1news.az-a verilən məlumata görə, S.Qafarova ortaq mədəni dəyərləri bölüşən xalqlarımızın əsrlər boyu bir yerdə, dostluq, mehriban qonşuluq şəraitində yaşadıqlarını qeyd edərək, ölkələrimiz arasındakı əlaqələrin də bu möhkəm təmələ əsaslandığını bildirib.

Söhbət zamanı bildirilib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və davamlı şəkildə inkişaf edir. Ölkələrimiz arasında münasibətlərin inkişafında ali və yüksək səviyyəli səfərlərin mühüm rolu qeyd olunaraq, vurğulanıb ki, ölkə liderlərinin qarşılıqlı səfərlərinin dinamikası onların bu əlaqələrə nə dərəcədə böyük əhəmiyyət verdiyini sübut edir.

Parlamentlərarası əlaqələrin Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkib hissələrindən biri olduğunu söyləyən spiker deyib ki, bu gün qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Parlament sədrlərinin, nümayəndə heyətlərinin, dostluq qruplarının qarşılıqlı səfərləri bu əməkdaşlığın inkişafına mühüm təkan verib. Həmçinin, qanunvericilik orqanlarımızın komitələri arasında da yaxşı əməkdaşlıq təcrübəsinin formalaşdığı qeyd olunub.

Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycanla Gürcüstan arasındakı əməkdaşlıqda iqtisadi məsələlərin vacibliyi nəzərə alınaraq, qanunverici orqanlarımızın iqtisadi komitələri arasında əlaqələrin gücləndirilməsi həm parlamentlərimiz, həm də daha geniş mənada dövlət qurumlarımız arasında əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaradacaq.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin Azərbaycan Milli Məclisinin sədrinə salamlarını çatdıran Davit Sonğulaşvili Azərbaycanda növbədənkənar prezident seçkilərinin ölkəmizin bütün suveren ərazilərində uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, iki ölkə arasında əlaqələrin inkişafında qanunverici orqanların mühüm rolunu qeyd edib.

Görüşdə Qərbdə bir sıra beynəlxalq təşkilatlarda mövcud olan ikili standartlar tənqid edilib, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsinin zəruriliyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş:
178

Son xəbərlər

Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26
Bütün xəbərlər