Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb

Qafar Ağayev10:03 - 29 / 04 / 2024
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb

Azərbaycanın iki bədii gimnastı Serbiyanın paytaxtı Belqradda keçirilən “Ritam Cup” beynəlxalq turnirində beş medal qazanıb.

1news.az-ın məlumatına görə, Sofiya Məmmədova üç mükafata sahib çıxıb.

O, çoxnövçülükdə gümüş, halqa və topla çıxışlarda bürünc medal əldə edib.

İlona Zeynalova isə yarışı iki mükafatla başa vurub. Gimnast çoxnövçülükdə və halqa ilə hərəkətlərdə bürünc medal qazanıb.

Paylaş:
801

Son xəbərlər

Bütün xəbərlər