Bakı dünyanın “İdman Paytaxtı” seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı dünyanın “İdman Paytaxtı” seçilib

Qafar Ağayev17:23 - 06 / 05 / 2024
Bakı dünyanın “İdman Paytaxtı” seçilib

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.

1news.az xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib.

Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.

Qeyd edək ki, gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Paylaş:
325

Son xəbərlər

Bütün xəbərlər