Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Qafar Ağayev17:49 - 07 / 05 / 2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri mayın 7-də başa çatıb.

1news.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

Paylaş:
337

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər