Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub

08:56 - 07 / 05 / 2024
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə 1news.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edək ki, Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq ötən gün Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saata endirilmişdi. Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulmuşdu.

Paylaş:
148

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər