Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər

Qafar Ağayev12:38 - 10 / 05 / 2024
Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, deputatlar Cavanşir Feyziyev, Kamilə Əliyeva, Ağalar Vəliyev və Vüqar İskəndərov mayın 12-də Şimali Kipr Türk Cümhuriyyətinin Nikosiya şəhərinə səfər edəcəklər.

Bu barədə 1news.az-a Milli Məclisdən məlumat verilib.

Səfər çərçivəsində deputatlarımız Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə-Azərbaycan və Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşündə iştirak edəcəklər.

Səfər mayın 16-da başa çatacaq.

Paylaş:
389

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər