Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
1news.az xəbər verir ki, qurumun inzibati binasında gerçəkləşəcək toplantı saat 15:00-da başlayacaq.
İclasda milli assosiasiyanın inkişafı strategiyası (inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması), Azərbaycan Premyer Liqasında komanda sayının artırılması, çempionatda 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limiti və 2024-cü il üçün AFFA-nın büdcəsi müzakirə olunacaq.
1973