Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi həyata keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi həyata keçiriləcək

Qafar Ağayev10:12 - 13 / 05 / 2024
Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi həyata keçiriləcək

Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi həyata keçiriləcək.

1news.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura proqramları üzrə 2 nəfər tələbənin bərabər sayda mübadiləsini həyata keçirəcək.

Azərbaycan tərəfi texniki və texnoloji ixtisaslar qrupu üzrə 3 nəfərin (bakalavriat -1, magistratura -1, doktorantura-1), humanitar və sosial ixtisaslar qrupu üzrə – 3 nəfərin (bakalavriat -1, magistratura -1, doktorantura -1), iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə – 3 nəfərin (bakalavriat -1, magistratura-2), təbiət ixtisasları qrupu üzrə – 1 nəfərin (magistratura-1), əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu üzrə və rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə – 2 nəfərin təhsilini təşkil edəcək.

Qazaxıstan tərəfi informasiya və kommunikasiya texnologiyaları, mühəndislik, emal və tikinti sənayesi üzrə – 5 nəfər (bkalavriat-1, magistratura -3, doktorantura-1), kənd təsərrüfatı və bioresurslar, incəsənət və humanitar elmlər, sosial elmlər, jurnalistika və informasiya, biznes, idarəetmə və hüquq üzrə 5 nəfər (bakalavriat -2, magistratura-2, doktorantura-1), səhiyyə və sosial təminat (tibb) ixtisasları üzrə – 2 nəfərin (fasiləsiz inteqrə olunmuş tibb təhsili proqramı (6 il) və rezidentura (5 ilədək təhsil) təhsilini təşkil edəcək.

Paylaş:
269

Son xəbərlər

Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02
Bütün xəbərlər