Nazir: Azərbaycanla Ermənistan arasında baş verən müsbət irəliləyişləri tarixi nəticə adlandıra bilərik | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Azərbaycanla Ermənistan arasında baş verən müsbət irəliləyişləri tarixi nəticə adlandıra bilərik

Qafar Ağayev13:33 - 14 / 05 / 2024
Nazir: Azərbaycanla Ermənistan arasında baş verən müsbət irəliləyişləri tarixi nəticə adlandıra bilərik

“Azərbaycanla Ermənistan arasında son zamanlarda baş verən müsbət irəliləyişləri tarixi nəticə adlandıra bilərik”.

1news.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.

“Bunun ən böyük nəticəsi ondan ibarətdir ki, bu proses iki dövlət arasında birbaşa danışıqlar yolu ilə, siyasi-diplomatik yolla həyata keçirilib”, - nazir əlavə edib.

Nazir deyib ki, Münxendə, Berlində, Almatıda tərəflər arasında danışıqlar aparılıb.

“Gözləntilərdə realist olmalıyıq, detalları açıqlaya bilmərəm, çünki spesifik məqamlar var”, - nazir deyib.

Paylaş:
392

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər