Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edib

Qafar Ağayev17:07 - 14 / 05 / 2024
Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edib

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Yaşıl İqtisadiyyat və İqlim Fəaliyyəti Departamentinin Əməliyyat Lideri ilə layihənin icraçısı qismində cəlb edilmiş ABŞ-ın “Tetra Tech” beynəlxalq məsləhətçi şirkətinin nümayəndələri tərəfindən Azərbaycanın 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının azaldılması yollarının modelləşdirilməsi haqqında müzakirələr aparılıb.

1news.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu müzakirələr Azərbaycanda səfərdə olan “Tetra Tech” şirkətinin nümayəndələri ilə “Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycanın elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu” çərçivəsində “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsinin müzakirəsi məqsədilə keçirilən görüşdə aparılıb.

Bildirilib ki, bu şirkət tərəfindən elektroenergetika sektorunun dekarbonizasiyası siyasətinə dəstək verəcək PLEXOS və TIMES modellərinə dair təqdimat nümayiş olunub. Həmçinin layihə üzrə icra ediləcək tapşırıqlar nəzərdən keçirilib və layihənin mühüm strateji elementləri müzakirə edilib.

Görüşdə Energetika, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərenerji” ASC-nin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, layihənin texniki tapşırığı özündə mövcud modellərin hesablanmasını, Azərbaycanın 2050-ci ilə qədər istilik effekti yaradan qazların (İEYQ) emissiyalarının azaldılması yollarının modelləşdirilməsini, Azərbaycanda enerji sektorunun dekarbonizasiyası üçün müvafiq siyasət və texnologiyalarla bağlı tövsiyələrdən ibarət yol xəritəsinin hazırlanmasını, habelə bu sahədə potensialın gücləndirilməsi və maraqlı tərəflərin cəlb edilməsini ehtiva edir.

Paylaş:
241

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər