Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - YENİLƏNİB

Qafar Ağayev11:01 - 14 / 05 / 2024
Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, İan Borq Azərbaycan Prezidenti ilə bu il Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşü və müzakirələri məmnunluqla xatırlayaraq səfərinin regional xarakter daşıdığını dedi.

O, Maltanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını və sülh müqaviləsi üzrə danışıqlar prosesini dəstəklədiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz ölkəmiz olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib. Dövlətimizin başçısı bildirdi ki, hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir.

Dövlətimizin başçısı qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərmişdir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlətimizin başçısı qeyd etdi ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.

Görüşdə ATƏT çərçivəsində nəqliyyat bağlantıları məsələlərinə dair fikir mübadiləsi aparıldı.

İan Borq ölkəsinin kiçik ada dövlətləri və inkişaf etməkdə olan dövlətlər konsepsiyasını yaxından dəstəklədiyini və bu ölkələrin Avropa İttifaqı ilə əlaqələrinin inkişafına daim dəstək verdiyini diqqətə çatdırdı. O, Azərbaycanın COP29-a sədrlik etdiyini nəzərə alaraq bu mövzuda da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmizin COP29-a sədrliyi çərçivəsində kiçik ada dövlətləri və inkişaf etməkdə olan dövlətlər mövzusu Azərbaycanın prioritetlərdən biri olacaq. Bu xüsusda Azərbaycan Prezidenti Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendin ölkəmizə səfərini qeyd edərək, bu təşkilat çərçivəsində olan kiçik ada dövlətləri və bu kateqoriyadan olan digər ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi, onların üzləşdiyi ekzistensial problemlərlə bağlı məsələnin COP çərçivəsində qaldırılması və müxtəlif tədbirlərin keçirilməsinə toxundu. Bu xüsusda Azərbaycanın da Malta ilə əməkdaşlıqda maraqlı olduğu ifadə edildi.

10:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Paylaş:
369

Son xəbərlər

Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45
Bütün xəbərlər