Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, avtomat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, avtomat tapılıb

Qafar Ağayev11:54 - 16 / 05 / 2024
Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, avtomat tapılıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Novruzov Nazim Aydın oğluna məxsus 1 ədəd “AK74” markalı avtomat silah və 1 ədəd avtomat sandıqcası Xəzər rayonu, Binə qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.

1news.az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər