Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib
Bakı şəhər sakininə məxsus aksiz markası ilə markalanmamış külli miqdarda siqaretlər aşkar edilib.
Bu barədə 1news.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatlarının qanunsuz idxalı, satış məqsədilə saxlanılması və satışının həyata keçirilməsi barədə daxil olmuş məlumat əsasında Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakininə məxsus yaşayış evindən və qeyri-yaşayış sahəsindən, ümumilikdə 258640 ədəd müxtəlif növ (“Marlboro”, “Parlament”, “Terea”, “Heets”, “Camel”, “Captain Black” və s.) aksiz markası ilə markalanmamış tütün məmulatları aşkar edilərək götürülüb.
Qeyd edilib ki, hazırda aşkar olunan faktla əlaqədar Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən araşdırma aparılır.