Bakının iki qəsəbəsində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının iki qəsəbəsində qaz olmayacaq

Qafar Ağayev09:45 - 20 / 05 / 2024
Bakının iki qəsəbəsində qaz olmayacaq

Bu gün Bakının iki qəsəbəsinin qaz təchizatında müvəqqəti yaranacaq.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Digah” Qazpaylayıcı Stansiyasından (QPS) qidalanan "Mayak” və "Pir” orta təzyiqli qaz kəmərlərinin, həmçinin “1 May” ölçü qovşağından qidalanan əhali qaz xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması məqsədi ilə mayın 20-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Pirallahı və Nardaran qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
288

Son xəbərlər

Bütün xəbərlər