Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB

16:25 - 21 / 05 / 2024
Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB

Mayın 21-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Culfa, Ordubad, Zaqatala, Şəki, Yardımlı, Lənkəran, Lerik, Göygöldə yağış yağıb.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lerik, Qrız, Daşkəsən, Göygöldə duman müşahidə olunub.

Saat 15:04 radələrində Zaqatala rayonuna xırda dənəli dolu düşüb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 16-21, Aran rayonlarında 21-24, dağlıq rayonlarda 8-12 dərəcə isti olub.

15:55

Mayın 22-23-də əsasən Azərbaycanın dağlıq və dağətəyi rayonlarda, 24-ü gündüzdən 27-dək isə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Mayın 24-ü gündüzdən 26-sı gündüzədək şərq küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Paylaş:
468

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər