Yaponiya Baş naziri COP29-a dəvət olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaponiya Baş naziri COP29-a dəvət olunub

Qafar Ağayev10:26 - 24 / 05 / 2024
Yaponiya Baş naziri COP29-a dəvət olunub

Yaponiyanın Baş naziri Fumio BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in xarici işlər nazirinin müavini Elnur Məmmədovun Yaponiyaya səfəri barədə yaydığı məlumatda qeyd olunub.

“Nazir müavini Elnur Məmmədov görüşlər zamanı Yaponiya tərəfinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari ilin 12-13 noyabr tarixlərində COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak ilə bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib”, məlumatda qeyd olunub.

Paylaş:
199

Son xəbərlər

Bütün xəbərlər