“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib - VİDEO

Qafar Ağayev11:17 - 04 / 06 / 2024
“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib - VİDEO

Təsdiq olunan plana əsasən, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” birgə təliminin açılış mərasimi keçirilib.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan, Türkiyə və Gürcüstan respublikalarının müdafiəsi və suverenliyinin qorunması uğrunda həlak olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər üç ölkənin Dövlət Himnləri səsləndirilərək dövlət bayraqları qaldırılıb.

Açılış mərasimində Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsini icra edən general-mayor Akif Pirverdiyev çıxış edərək, Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini şəxsi heyətə çatdırıb, təlim iştirakçılarına uğurlar arzulayıb.

Mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra təlim iştirakçıları üçün “Zirvədən-Zirvəyə, Qafqaz Qartalı!” adlı konsert proqram təqdim olunub.

Bədii proqramda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestri, Bakı Xoreoqrafiya Akademiyasının və “Səma” rəqs ansamblının üzvləri yer alıblar.

Paylaş:
156

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər