“Gusto Moderno”: Bakının mərkəzində günəşli İtaliya və Aralıq dənizinin kulinariya dünyasına səyahət – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gusto Moderno”: Bakının mərkəzində günəşli İtaliya və Aralıq dənizinin kulinariya dünyasına səyahət – FOTO – VİDEO

Qafar Ağayev14:45 - 06 / 06 / 2024
“Gusto Moderno”: Bakının mərkəzində günəşli İtaliya və Aralıq dənizinin kulinariya dünyasına səyahət – FOTO – VİDEO

Yaxın günlərdə Bakının mərkəzində, dənizkənarı bulvarda (keçmiş “Tosca” restoranının yerində) yeni premium-sinif restoran “Gusto Moderno”nun açılışı baş tutdu.

Restorana təşrif buyuran hər bir qonaq ecazkar İtaliyanın və Aralıq dənizinin zərif ləzzətlərini dadaraq kulinariya səyahətinə qərq olacaqlar.

“Gusto Moderno” restoranı İtaliya və Aralıq dənizi ənənələrindən ilhamlanmış yeməkləri, eləcə də müasir qablaşdırma sistemi sayəsində badələrlə əldə edilən dünya şərablarının bənzərsiz kolleksiyasın qürurla təqdim edir.

“Gusto Moderno”da xoş ab-havaya qərq olmaqla yanaşı, yüksək səviyyəli xidmətdən məmnun qalaraq, unudulmaz anlar keçirəcəksiniz.

Burada hər bir məqamın xüsuslə vurğulandığı dünya mətbəxini kəşf edəcəksiniz. Məkanın şef-aşpazı Araz Əhmədov əsl kulinariya əsərləri yaradır. Restoranda təzə dəniz məhsulları, ətirli pastalar, şirəli steyklər, yalnız ən keyfiyyətli və təzə inqrediyentlərdən istifadə edilməklə hazırlanmış yüngül salatlar zövqünüzü oxşayacaq.

Restoranın başlıca missiyası qonaqlara təkcə dadlı deyil, həm də ləzzəti uzun müddət damaqlarda qalacaq sağlam yeməkləri təqdim etməkdir. “Gusto Moderno”da hər kəsin zövqünə uyğun təamdan həzz alacaq. Burada əsl qurmanlar üçün nəfis yeməklərdən tutmuş tərəvəzlərə üstünlük verənlər üçün müxtəlif vegetarian yeməkləri, həmçinin ənənəvi mətbəxi sevənlər üçün şirəli ət delikateslərinin dadından doymayacaqsınız.

Şərablar isə, “Gusto Moderno” restoranının ruhunu əks etdirir. Məkan dünyanın hər bir yerindən zəngin şərab kolleksiyasına malikdir. Qırmızı və kəmşirin şərablara, köpüklü şanpanlara üstünlük verməyinizdən asılı olmayaraq “Gusto Moderno” hər bir kəsin ağız dadına uyğun içki növləri təklif edir. Xüsusi şərab dispenseri ilə süzülən müasir şüşə qablaşdırma sistemi qonaqlara bütöv şüşəni sifariş etmədən müxtəlif şərabların dadını sınamağa imkan verir. Bu, yeni dadları kəşf etmək, eləcə də yeməyinizə mükəmməl ahəngdarlıq qatmaq üçün əla fürsətdir.

Xüsuslə vurğulayırıq ki, lazımi temperatur və oksigen səviyyəsinə nəzarəti sayəsində şərabın badələrə müasir sistem vasitəsilə süzülməsi içkinin təravətini və keyfiyyətini qoruyub saxlayır. Bu da rahatlıqla yanaşı, sanki yenicə açılmış şüşə kimi şərabın hər qurtumundan zövq almağınızı təmin edəcək.

Məkana qədəm qoyduğunuz ilk andan rahatlıq və xoş ab-havanın hökm sürdüyünün şahidi olacaqsınız. Burada qonaqlar dincəlməklə yanaşı, unudulmaz anlar yaşayacaqlar. Restoranın interyer dizaynının zərifliyi və rahatlığı dostlarla görüşlərinizi, romantik şam yeməyinizi və ailəvi xoş günlərinizi mükəmməl edəcək. Gözoxşayan işıqlandırması, rahat masaları və həzin musiqili dəqiqələri ilə “Gusto Moderno” restoranına elə il gəlişinizdən heyran olacaqsınız.

“Gusto Moderno” peşəkar komandası üçün qonaqların məmnuniyyəti hər şeydən öndədir. Restorana daxil olduğunuz andan etibarən yüksək səviyyədə xidmət göstərilir. Peşəkar ofisiantlar zəngin menyuda seçim etməklə və şərab tövsiyələri verməklə yanaşı, həmçinin cəld xidmət göstərir.

Bir sözlə, “Gusto Moderno” komandası unudulmaz təəssüratlar bəxş etmək üçün ləzzətli və zərif yeməklərin, müasir qablaşdırma sistemi ilə badələrə süzülən müxtəlif şərabların, rahat atmosferin və yüksək səviyyəli xidmətin bir araya gəldiyi restoranda qonaqları qarşılamağı səbirsizliklə gözləyir.

Yeni qastronomik macəranı “Gusto Moderno”da kəşf edin! Əminik ki, bura görüşlər və şad günləriniz üçün sevimli məkanınıza çevriləcək.

Qeyd edək ki, restoranın təntənəli açılış mərasimi mayın 30-da baş tutub. Həzin musiqi və heyrətamiz atmosferin müşayiəti ilə zərif qastronomik şam yeməyi formatında keçən açılışdan fotoları aşağıda izləmək olar.

Отметим, что торжественное открытие ресторана состоялось 30 мая и прошло в формате изысканного гастрономического ужина в сопровождении хорошей музыки и потрясающей атмосферы – фотографии с открытия Gusto Moderno доступны для просмотра ниже.

Reklam hüququnda

Paylaş:
297

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər