“Azərpoçt”un kart sahibləri “Google Pay”lə ödəniş edə biləcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərpoçt”un kart sahibləri “Google Pay”lə ödəniş edə biləcəklər

Qafar Ağayev10:54 - 10 / 06 / 2024
“Azərpoçt”un kart sahibləri “Google Pay”lə ödəniş edə biləcəklər

“Azərpoçt” ötən illərdə olduğu kimi, bu il də rəqəmsal həllərə yönəlik innovativ xidmətlər təklif etməkdə davam edir.

1news.az xəbər verir ki, “MilliKart” MMC tərəfindən təqdim olunmuş platforma üzərindən “Azərpoçt”un kart sahibləri ödəniş kartlarını “Google Wallet”ə əlavə etməklə ödənişlərini təmassız şəkildə həyata keçirə bilərlər. Bununla da istifadəçilərin kartları özləri ilə daşımasına ehtiyac qalmır.

Qeyd edək ki, “Google Pay” elektron ödəmə sistemi olub, ödənişləri təmassız və sürətli şəkildə həyata keçirməyə imkan verən xidmətdir.

Müştərilər bu xidmətdən müxtəlif ticarət və iaşə obyektlərində mobil telefonlarını post-terminala yaxınlaşdıraraq ödənişlərini saniyələr içində edə bilərlər. Əlavə olaraq, “Google Pay” onlayn alış-veriş üçün də çox rahat ödəniş vasitəsidir.

Kartların təhlükəsiz şəkildə “Google Wallet”də saxlanılması, həmçinin həmin tətbiq vasitəsilə xərclərə nəzarət etmək imkanının olması da xidmətin əlçatanlığını təmin edir.

Onu da qeyd edək ki, müasir texnologiyanın tətbiqi “Azərpoçt”da biznes proseslərini asanlaşdırmağa, informasiyanın ötürülmə sürətini artırmağa xidmət göstərir.

Paylaş:
155

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər