Kürdəmir sakini güllələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmir sakini güllələnib

11:00 - 20 / 06 / 2024
Kürdəmir sakini güllələnib

Kürdəmirdə silahlı insident olub.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə gecə saatlarında rayonun Carlı kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Xalid Ələkbər oğlu Abdullayevlə, həmyerlisi, 1986-cı il təvəllüdlü Rüstəm Çingiz oğlu Məmmədov arasında mübahisə yaranıb. X. Abdullayev ov tüfəngi ilə R. Məmmədovu güllələyib.

Zərərçəkən ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Paylaş:
260

Son xəbərlər

Bütün xəbərlər