Sahibkarlar üçün Ağdam Sənaye Parkına səfər təşkil edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sahibkarlar üçün Ağdam Sənaye Parkına səfər təşkil edilib

Qafar Ağayev15:38 - 27 / 06 / 2024
Sahibkarlar üçün Ağdam Sənaye Parkına səfər təşkil edilib

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Qarabağda keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbirdə iştirak çərçivəsində biznes nümayəndələri Ağdam Sənaye Parkı ilə tanış olublar.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qeyd edib ki, sənaye parkı Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə bölgədə rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalı, investorlar üçün əlverişli biznes mühitinin təmin edilməsi məqsədilə yaradılıb. Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Sənaye parkında ümumi investisiyalarının həcmi 216 milyon manatdan çox olan 25 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri tərəfindən sənaye parkında ümumilikdə 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək rezidentlər tərəfindən sənaye parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. Tezliklə Ağdam Sənaye Parkında müxtəlif istehsal müəssisələri fəaliyyətə başlayacaq.

Qeyd edilib ki, azad edilmiş ərazilərdə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları vaxtdan başlayaraq, 10 il müddətinə əmlak, mənfəət və torpaq vergilərindən azaddırlar. Bundan başqa, sənaye parklarında aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına elektrik, təbii qaz, içməli və texniki su, sürətli internetlə təmin edilmiş infrastruktur qurulur. Sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarının üzərində yerləşməsi yüklərin asan daşınmasına imkan verəcək.

Məlumat verilib ki, işğaldan azad edilmiş ərazilərdə kommunal xidmətlərdən istifadəyə görə güzəştli mexanizm, bir sıra xammal və materialların idxalı zamanı gömrük və vergi azad olmaları, eyni zamanda sosial sığorta haqlarının subsidiyalaşdırılması və əlavə güzəştlərdən də istifadə edilir.

Tanışlıq zamanı azad edilmiş ərazilərimizdəki sənaye parkları ilə bağlı videoçarx nümayiş etdirilib, həmçinin tədbir iştirakçılarına Ağdam Sənaye Parkının ərazisində ayaqqabı istehsalı üzrə ixtisaslaşan “BAFCO İnvest” MMC, divar kağızı istehsalı məqsədilə yaradılmış “Mister Decor” MMC, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlar istehsal edəcək “Metkons” MMC və s. ilə bağlı ətraflı məlumat verilib. Parkın biznes perspektivləri, qurulmuş müasir infrastruktur, dövlət dəstəyi mexanizmləri və buradakı müəssisələrin fəaliyyəti ilə tanış olan iş adamları sərmayə imkanlarını dəyərləndiriblər.

Paylaş:
436

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər