Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
1news.az xəbər verir ki, iclasda Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezident sorğusuna baxılıb.
Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.
Daha sonra müşavirədən qayıdan Konstitusiya Məhkəməsi Plenumunun üzvləri Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğunluğu barədə qərar qəbul ediblər.
271