Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH | 1news.az | Xəbərlər
İqtisadiyyat

Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH

Qafar Ağayev16:43 - 02 / 07 / 2024
Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH

İyulun 1-dən Azərbaycanda taksilər üçün yeni qaydalar tətbiq olunmağa başlayıb.

Yeni qaydalar tətbiq olunandan sonra müəyyən narazılıqlar ortaya çıxıb. Belə ki, taksi sifariş verənlər taksilərin gec gəldiyini və qiymətin əvvəlki ilə müqayisədə çox olduğunu bildirirlər.

Bəs görəsən bu məsələnin həlli üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı 1news.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib ki,taksi ilə bağlı tələblər qüvvəyə mindiyi üçün Bakıda ciddi taksi azlığı müşahidə edilir.

“Bir məqamı nəzərə almaq lazımdır ki, sürücülərin və avtomobillərin sayının belə kütləvi və sürətli azalması taksi sahəsində ciddi qiymət artımına gətirib çıxaraq. Bahalaşma bununla da bitməyəcək, növbəti ildən 2008-ci il istehsalı olan avtomobillərin taksidə istismarına qadağasından sonra meydana gələcək. Belə ki, hazırda bütün nəqliyyat xidmətləri bazarının təxminən üçdə birini təşkil edən 2008-ci ilin avtomobilləridir. Çox güman ki, onların istifadəsinə qadağa qoyulması qiymətlərin 40%-ə qədər artmasına, həmçinin bütün bazar iştirakçıları üçün minimum tarifin artmasına səbəb ola bilər”.

Ekspert bildirib ki, rəsmi açıqlanan məlumata görə, Azərbaycanda taksi fəaliyyəti üçün icazə ("Buraxılış vəsiqəsi" və "Buraxılış kartı") alan sürücülərin sayı 11 mini ötüb.

“Bu da bazarda işləyən sürücülərin ümumi sayının 20-25 faizini təşkil edir. Bu o deməkdir ki, qaydalara əsasən, iyulun 1-dən sonra 80 faiz sürücünün işsiz qalması nəzərdə tutulur”.

“Qiymətlərin bu qədər sürətlə qalxmasının və mümkün qədər az sayda sürücünün işsiz qalmasının qarşısını almaq üçün edilə biləcək yeganə yol vəsiqələrin verilməsi prosesini sürətləndirməkdir” – deyə, E.Muradlı əlavə edib:

“Hazırda lisenziyaların alınmasına bir aya yaxın vaxt lazımdır. Lisenziyaların alınması prosesi sadə olmalıdır ki, nəinki indiki sürücülər onları mümkün qədər tez ala bilsinlər, həm də yaxşı avtomobilləri olan yeni sürücülər də bazara daxil ola bilsinlər. Bu, taksi sahəsində islahatları sürətləndirmək və Bakıda avtomobil parkının keyfiyyətini artırmaq üçün yaxşı fürsətdir”.

Paylaş:
421

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər