Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib

Qafar Ağayev17:33 - 02 / 07 / 2024
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib

Dövlət Ehtiyatları Agentliyi bu ilin 1 sentyabr tarixinədək yerli buğda istehsalçılarından cari ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib.

Bu barədə 1news.az-a Agentlikdən bildirilib.

Məlumata görə, tədarük ediləcək ərzaqlıq buğda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.

Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar tərəfindən təsdiq olunmalıdır. Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən əlavə olaraq yoxlanılacaq. Bütün keyfiyyət tələblərinə cavab verməyən ərzaqlıq buğda qəbul edilməyəcək.

Tədarük ediləcək ərzaqlıq buğdanın qiyməti hər ay üçün ondan öncəki ay ərzində Azərbaycan Respublikasına idxal edilən ərzaqlıq buğdanın orta idxal statistik göstəricisinə uyğun olaraq müəyyən ediləcək.

Ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir. Qəbul məntəqələrinin ünvanları və əlaqə telefonları aşağıdakı kimidir:

  • Səngəçal Taxıl Elevatoru: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesi, tel. 012-210-01-95;
  • Gəncə Taxıl Elevatoru: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi, tel. 012-210-01-95;
  • “Karat Holding” MMC-nin Şəki şöbəsi: Şəki rayonu, Göybulaq kəndi, tel. 050-613-53-69;
  • “Karat Holding” MMC-nin Abşeron şöbəsi: Abşeron rayonu, Bakı-Şamaxı şossesi 13, tel. 050-222-38-36;
  • “Karmen” MMC”: Abşeron rayonu, tel. 050-265-80-75;
  • “SarıSünbül” MMC: Xızı rayonu, Giləzi kəndi, tel. 050-220-40-40;
  • “Aveta” MMC: Kürdəmir rayonu, Bakı prospekti 6, tel. 070-313-99-62;
  • “Gəncə Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi 1, tel. 050-320-64-54;
  • “Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi 1, tel. 050-213-97-67;
  • “PakNur” MMC: Xaçmaz şəhəri, İ.Qayıbov 1, tel. 051-553-55-65.

Əlavə olaraq, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına uyğun pilot layihə çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqavilələrə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən təhvil verilən ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək. Sözügedən təsərrüfatlarda təhvil verilmə dövründə ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli 351s saylı sərəncamında müəyyən edilən 400 (dörd yüz) manat dövlət tədarük qiymətindən aşağı olduğu hallarda, aradakı fərqin proqrama qoşulan istehsalçılara kompensasiya edilməsi məqsədilə məhsul subsidiyası əmsalının Aqrar Subsidiya Şurası tərəfindən yenilənməsi nəzərdə tutulub.

Təkliflərin akkreditasiya olunmuş laboratoriya tərəfindən təsdiq edilmiş keyfiyyət göstəriciləri əlavə edilməklə [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Əlavə məlumat üçün telefon nömrəsi 012-210-01-95.

Paylaş:
292

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər