ADY sərnişin daşınmasını 20% artırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADY sərnişin daşınmasını 20% artırıb

Qafar Ağayev17:40 - 02 / 07 / 2024
ADY sərnişin daşınmasını 20% artırıb

Bu ilin yanvar-iyun aylarında "Azərbaycan Dəmir Yolları” QSC (ADY) ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çox - 3 849 804 sərnişin daşıyıb.

1news.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, 6 ay ərzində Abşeron dairəvi dəmir yolu xətti üzrə 3 666 518 sərnişin (1 il əvvələ nisbətən 19 % çox), Bakı-Ağstafa-Bakı marşrutu üzrə 160 799 sərnişin (30 % çox), Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 22 487 sərnişin (2,5 dəfə çox) mənzil başına təhlükəsiz çatdırılıb.

Göstərilən dövrdə Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarda doluluq səviyyəsi 92 % (ötən ilin 6 ayında 90 %), Bakı-Qəbələ-Bakı marşrutu üzrə 61 %(ötən ilin eyni dövründə 50 %) təşkil edib. Bununla yanaşı, Bakı-Qəbələ-Bakı istiqamətində səfər edən sərnişinlərin 10 %-dən çoxu, Bakı-Ağstafa-Bakı marşrutu üzrə isə 7 %-dən çoxu əcnəbi turistlər olub.

14 iyun tarixindən etibarən Bakı-Ağstafa-Bakı xətti üzrə istismara yeni qəbul edilmiş 2 yeni “Stadler” qatarı ilə son 17 gün ərzində 16 mindən çox sərnişin daşınıb.
İlin ilk 6 ayında sərnişindaşıma üzrə ümumilikdə 9 265 reys həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 % (ötən il 7610 reys) çoxdur.

2024-cü ilin yanvar-iyun ayları üzrə sərnişindaşıma proqnozu artıqlaması ilə, yəni 101 % yerinə yetirilib.

Paylaş:
339

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər