Baş nazir dəmiryol nəqliyyatı barədə qərarları imzalayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Baş nazir dəmiryol nəqliyyatı barədə qərarları imzalayıb

Qafar Ağayev10:37 - 04 / 07 / 2024
Baş nazir dəmiryol nəqliyyatı barədə qərarları imzalayıb

Nazirlər Kabineti dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, eləcə də onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması qaydasının təsdiq edilməsi haqqında qərar qəbul edib.

1news.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Hökumət başçısı həmçinin “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərara imza atıb. Qərara əsasən, ixtisas imtahanı aşağıdakı kateqoriyalar üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə keçirilir:

“Eq” - Elektrik qatarı;

“Dz” - Dizel qatarı;

“E” - Elektrovoz;

“T” - Teplovoz;

“Lm” - Lokomobil;

“M/Dr/Mk” - Motovoz/Drezin/Maşın kompleksi.

Paylaş:
246

Son xəbərlər

Bütün xəbərlər