İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Qafar Ağayev16:35 - 05 / 07 / 2024
İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb.

İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.

Qeyd edək ki, Şuşa şəhərindən dörd kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə meşəlik ərazidə yerləşən İsa bulağı Azərbaycanın, o cümlədən Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Bulaq Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Yerli əhalinin bu hidronim haqqında məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə aşkar etmiş İsa adlı əkinçinin adını daşıyır.

10:54

Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib .

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.

Paylaş:
334

Son xəbərlər

AQTA bioloji aktiv qida məhsulları ilə bağlı xəbərdarlıq edibBu gün, 13:25Xidmət rəisi: Xəzər dənizinin səviyyə tərəddüdündə iqlim və geoloji amillər önəmli rol oynayırBu gün, 13:10Havanın temperaturu 38 dərəcəyə yüksələcək - ProqnozBu gün, 13:03İranda yeni prezidentin seçilməsi Azərbaycanla münasibətlərə necə təsir edəcək? – ŞƏRHBu gün, 13:01Elşad Hacıyevdən kibertəhlükəsizliklə bağlı ÇAĞIRIŞ: Şəxsi məlumatlarınızı paylaşmayınBu gün, 12:37Hirkan Milli Parkında yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub - VİDEOBu gün, 12:26AFFA nümayəndəsi seçmə mərhələnin oyununa təyinat alıbBu gün, 12:19Ceyhun Bayramov: Sülh müqaviləsinin müzakirəsi üzrə açıq sualların sayı xeyli azalıbBu gün, 11:50İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib - FƏRMANBu gün, 11:41Yeni Günəşlidə avtomobil hissələri oğurlanıb, şübhəli bilinən 5 yeniyetmə saxlanılıbBu gün, 11:36“The Ritz-Carlton”, Bakı “The Signature Journey” layihəsini “Blanc by Aytems” restoranından şef Ayt Ems ilə davam etdirir - FOTOBu gün, 11:35Dövlət Başçısı Dövlət Neft Fondunun 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyibBu gün, 11:26AZAL QSC informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürübBu gün, 11:06“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edirBu gün, 11:04Beyləqanda süpürgəçini maşın vuraraq öldürübBu gün, 10:58Qızıl və gümüş ucuzlaşıbBu gün, 10:45Taxıl zəmilərinin 73 faizində biçin başa çatıbBu gün, 10:43Bu il uşağın anadan olmasına görə təyin olunan müavinətin sayı açıqlandıBu gün, 10:28FHN əməkdaşları 10 nəfəri xilas etdiBu gün, 10:20İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıbBu gün, 09:58
Bütün xəbərlər