Taxıl zəmilərinin 73 faizində biçin başa çatıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Taxıl zəmilərinin 73 faizində biçin başa çatıb

Qafar Ağayev10:43 - 08 / 07 / 2024
Taxıl zəmilərinin 73 faizində biçin başa çatıb

Respublikada taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən 1news.az-a verilən məlumatına görə, iyulun 7-dək ölkə üzrə taxıl zəmilərinin 73 faizində biçin başa çatıb. Artıq payızlıq arpa sahələrinin 91 faizində, buğda sahələrinin isə 60 faizində biçin tam yekunlaşıb.

Bu mövsüm mexanizatorlar tərəfindən 385 783 hektar arpa sahəsi, 351 548 hektar buğda sahəsi biçilib. Biçin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 min hektar artıqdır.

Hazırda arpa üzrə orta məhsuldarlıq 29.7 sent/ha, buğda üzrə orta məhsuldarlıq isə 34 sent/ha təşkil edir. İndiyədək biçin aparılmış 737 331 hektar sahədən 2 341 831 ton məhsul yığılıb ki, bunun da 1 196 958 tonu buğda, 1 144 873 tonu arpadır.

Respublikanın 23 rayonunda biçin həcmi 90 faizi keçib, Bərdə, Neftçala və Naftalanda biçin tam başa çatıb. Hazırda taxıl üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb - 51.4 sent/ha. Orta məhsuldarlıq Ağdam, Ağcabədi, Bərdə, İmişli, Saatlıq, Sabirabad, Salyan rayonlarında da kifayət qədər yüksəkdir. Ümumilikdə 21 rayonda taxıl üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Hazırda taxıl biçini prosesində 1635 kombayn iştirak edir. Bunlardan 579 kombayn “Aqroservis” ASC-nin, 1056 kombayn fiziki və hüquqi şəxslərin balanslarında olan kombaynlardır.
Biçin davam edir.

Paylaş:
236

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər