İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib - FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib - FƏRMAN

Qafar Ağayev11:41 - 08 / 07 / 2024
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib - FƏRMAN

Prezident İlham Əliyev “Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən Azərbaycan Respublikasının istifadəsi ilə bağlı bəzi məsələlər haqqında” fərman imzalayıb.

1news.az xəbər verir ki, fərmana əsasən, müəyyən edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən (REX) istifadə məqsədilə ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsini, Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (GSP) daxilində birtərəfli qaydada tarif preferensiyalarının (güzəştlərinin) verilməsi ilə bağlı Avropa İttifaqına üzv olan dövlətlərdən, habelə Norveç Krallığından və İsveçrə Konfederasiyasından daxil olan sorğuların cavablandırılmasını və bu çərçivədə digər işlərin həyata keçirilməsini təmin edən vahid səlahiyyətli orqandır.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

İqtisadiyyat Nazirliyi:

-Fərmanda nəzərdə tutulmuş ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsi və daxil olan sorğuların cavablandırılması qaydalarını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin vahid səlahiyyətli orqan müəyyən edilməsi barədə Avropa İttifaqına üzv olan dövlətlərə, Norveç Krallığına və İsveçrə Konfederasiyasına müvafiq bildiriş göndərsin.

Paylaş:
238

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər