Hirkan Milli Parkında yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hirkan Milli Parkında yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub - VİDEO

Qafar Ağayev12:26 - 08 / 07 / 2024
Hirkan Milli Parkında yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Hirkan Milli Parkında “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə mümkün yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi” mövzusunda tədbir keçirilib.

Bu barədə 1news.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən aidiyyəti qurumlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Hirkan Milli Parkın əməkdaşları iştirak ediblər.

Tədbir zamanı çıxış edənlər mövzunun aktuallığını diqqətə çatdıraraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda, meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi, bu istiqamətdə davamlı maarifləndirmə işlərinin aparılmasının faydası tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin praktiki hissəsində Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının müvafiq qüvvələri cəlb edilməklə şərti meşə yanğınının söndürülməsi, eyni zamanda meşəətrafı ərazidə 6-8 metrlik məsafənin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə iştirakçılara nümayiş etdirilib.

Paylaş:
129

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər