Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb

10:58 - 08 / 07 / 2024
Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb

Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb.

Belə ki, 1992-ci ilə təvəllüdlü Rəşad Şükürov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yol kənarını təmizləyən rayon sakini, 1968-ci il təvəllüdlü Həsənova Solmaz Təhməz qızını vurub. Nəticədə S.Həsənova aldığı xəsarətdən hadisə yerində həyatını itirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

Paylaş:
170

Son xəbərlər

Bütün xəbərlər