İranda yeni prezidentin seçilməsi Azərbaycanla münasibətlərə necə təsir edəcək? – ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

İranda yeni prezidentin seçilməsi Azərbaycanla münasibətlərə necə təsir edəcək? – ŞƏRH

Qafar Ağayev13:01 - 08 / 07 / 2024
İranda yeni prezidentin seçilməsi Azərbaycanla münasibətlərə necə təsir edəcək? – ŞƏRH

İyulun 5-də İranda Prezident seçkilərinin ikinci turu keçirilib.

Mərkəzi Seçki Qərargahının açıqlamasına əsasən, səsvermədə 30 milyon 530 min 157 seçici iştirak edib. Namizədlərdən Keçmiş səhiyyə naziri, güney azərbaycanlı Məsud Pezeşkian 16 milyon 153 min 848 (55,36%) səs toplayaraq İranın 14-cü prezidenti olub.

Bəs görəsən Pezeşkianın seçilməsi İranın daxili və xarici siyasətində hansı dəyişikliklərə səbəb olacaq? Xüsusilə də Azərbaycanla münasibətlərdə hansısa dəyişikliklər gözlənilirmi?

Məsələ ilə bağlı bağlı 1news.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, İran İslam Respublikasında Məsud Pezeşkianın Prezident seçkilərində qalib olması İranın xarici və daxili siyasətdə hansı bir dəyişiklik olması ilə bağlı müəyyən gözləntilər formalaşdırıb.

“Lakin nəzərə almaq lazımdır ki, İranın xarici siyasəti oturuşmuş, klassik ənənəyi əsaslanır. Bununla belə Məsud Pezeşkian qərblə münasibətlərində, nüvə danışıqlarının canlandırılması fonunda İran iqtisadiyyatının yaxşılaşdırılması üçün ideyaları təklif edir.

Bir məsələ var ki, bu ideyaların həyata keçirilməsi üçün ali rəhbər Seyid Əli Xameneyinin Pezeşkiana hansı həddə qədər icazə verəcəyidir. Görünən odur ki, hər halda İranın vahid yanaşması qərblə münasibətlərin normallaşdırılmasına hesablanır. Burada nüvə danışıqlarının canlanlandırılması və nüvə sazişinin bərpası gündəmdədir. Bu məsələ, prezidentlik institutu ilə yanaşı, İranda əsas söz sahibi olan Ali dini rəhbərliyin də gündəliyinə daxildir”.

Politoloq deyib ki, daxili siyasətdə isə hərhansı böyük dəyişikliklərin olacağı istisna olunur.

“Birincisi ona görə ki, İran hələ də beynəlxalq sanksiya altındadır və həmin sanksiyaların aradan qaldırılması baş tutsa belə İranın bir-iki il ərzində problemləri həll edə biləcəyi bir qədər çətindir. İkinci məsələ İranda hakimiyyət daxilində, elita daxilində böyük güc qarşıdurması nümayiş olunmaqdadır və bu güc qarşısında Pezeşkianın necə davranacağı suallar doğurur.

Azərbaycanla İran arasında münasibətlərin normallaşdırılmasından danışan A.Kərimov əlavə edib ki, ola bilər Pezeşkian Azərbaycanla münasibətlərin normallaşdırması istiqamətində müsbət addımlar atsın və ideyalar versin.

“Onsuz da İranda son vaxtlar Azərbaycanla əlaqələrin genişləndirilməsi baxımından böyük ideyaların irəli sürüldüyünü görə bilərik. Ola bilər ki, Pezeşkian həmin gündəliyi irəli aparmaq üçün Azərbaycanla əlaqələrin dinamikasına yenidən fikir versin”.

Paylaş:
334

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər