Küçəyə atılan bir həftəlik körpənin vəziyyəti necədir? - Qurum rəsmisi açıqladı - YENİLƏNİB
"Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində küçədən tapılan körpənin vəziyyəti normaldır".
1news.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu deyib.
"Körpə xəstəxanadadır. Həkimlər onun səhhətini stabil qiymətləndirir".
Hazırda polis tərəfindən körpəni valideyinlərinin axtarışları davam etdirilir.
***
12:29
Qaraçuxur qəsəbəsində körpə küçəyə atılıb.
1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəsəbə ərazisindəki birhəftəlik uşaq polis əməkdaşları tərəfindən tapılıb.
İyulun 4-ü saat 01 radələrində aşkarlanan oğlan körpələr evinə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
454