Avtomobili səkidə saxlayan “BMW” sürücüsünə cərimə yazıldı
Sosial şəbəkələrdə paylaşılmış görüntülərdə avtomobili səkidə saxlayaraq piyadaların hərəkətinə mənəe olan sürücü aşkar edilərək barəsində protokol tərtib edilib.
1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev paylaşım edib
"Bir daha bütün sürücülərdən piyadaların rahat və təhlükəsiz hərəkətinə maneə yaradan hərəkətlərdən çəkinməyi xahiş edirik. Nəzərə almaq lazımdır ki, belə qayda pozuntuları bütün piyadalara, xüsusən də uşaqlara, yaşlılara, fiziki məhdudiyyətli insanlara və uşaq arabası ilə hərəkət edən şəxslərə ayrıca problem yaradır" - deyə R.Tağıyev əlavə edib.
301