“Birləşdik – 2024” təlimində bir sıra tədbirlər keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Birləşdik – 2024” təlimində bir sıra tədbirlər keçirilib

Qafar Ağayev15:23 - 16 / 07 / 2024
“Birləşdik – 2024” təlimində bir sıra tədbirlər keçirilib

“Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi çərçivəsində “Бағдар” taktiki səmti müəyyənetmə, atıcılıq və bir sıra idman növləri üzrə yarışlar, həmçinin hərbi qulluqçuların mədəni-asudə vaxtının səmərəli təşkili məqsədilə digər tədbirlər təşkil edilib.

1news.az xəbər verir ki, yarışlarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının hərbi qulluqçuları güclərini sınayıblar.
Yarışların nəticəsinə əsasən qaliblərə kuboklar, medallar, “Fəxri Fərman”lar və hədiyyələr təqdim edilib.
Sonda təlim iştirakçıları üçün konsert proqramı təşkil edilib.

Paylaş:
237

Son xəbərlər

Bütün xəbərlər