Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Bəxtiyar Hümbətov dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Bəxtiyar Hümbətov dəfn edilib

14:06 - 19 / 07 / 2024
Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Bəxtiyar Hümbətov dəfn edilib

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bəxtiyar Əliş oğlu Hümbətovla Yevlax şəhərində keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Yevlax rayonu Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Yevlax Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Bəxtiyar Əliş oğlu Hümbətov 1974-cü ildə anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

B.Hümbətov Yevlax rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər