Əhməd İsmayılov: Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması üçün yeni layihələr nəzərdə tutulur
"Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində layihələrin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur".
APA-ya istinadən xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib:
"Medianın İnkişafı Agentliyi olaraq Prezidentin media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanından sonra jurnalistlərin sosial təminatı sahəsində bir sıra tədbirlər həyata keçirilib. Bu əsnada imzalanan fərmanlarla onların sosial təminatı istiqamətində addımlar atılıb. Onların sosial ipotekadan istifadə hüququ təmin olunub. Bununla yanaşı, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə media subyektləri bütün vergilərdən azad olunub. Bu istiqamətində layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub".