Bakıda Azərbaycan və Çinin hərbi təhsil üzrə ekspertlərinin görüşü keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Azərbaycan və Çinin hərbi təhsil üzrə ekspertlərinin görüşü keçirilib

Qafar Ağayev12:37 - 23 / 07 / 2024
Bakıda Azərbaycan və Çinin hərbi təhsil üzrə ekspertlərinin görüşü keçirilib

Milli Müdafiə Universitetində ölkəmizdə səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

1news.az xəbər verir ki, qonaqlara Milli Müdafiə Universitetinin tarixi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub.

Görüş zamanı Azərbaycan və Çin arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan Ordusunun hərbi qulluqçularının Çin Xalq Respublikasında təşkil olunan kurslarda müvəffəqiyyətlə iştirakı yüksək qiymətləndirilib. Qarşılıqlı əlaqələrin inkişafı və təcrübə mübadiləsi məqsədilə bu cür görüşlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Çin Xalq Azadlıq Ordusunun nümayəndə heyətinin rəhbəri universitetin Şərəf kitabına ürək sözlərini yazıb.

Səfər çərçivəsində qonaqlar, həmçinin Hərbi İdarəetmə İnstitutunun Xarici Dil Mərkəzində olub. Mərkəzlə tanışlıqdan sonra tədris prosesində müasir texnologiyaların tətbiqi imkanları və Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün Çin dilinin tədrisi məsələləri müzakirə edilib.

Paylaş:
213

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər