MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək

Qafar Ağayev17:40 - 26 / 07 / 2024
MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələbləri təsdiqləyəcək.

1news.az-ın xəbərinə görə, Seçki Məcəlləsinin 99.1–99.4, 166-cı maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 35 gün qalanadək seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələbləri təsdiqləməlidir.

Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 28-dək olan dövrü əhatə edir.

Paylaş:
747

Son xəbərlər

Laçına dolu düşüb

04 / 07 / 2026, 16:10

İmişlidə zəlzələ olub

04 / 07 / 2026, 13:53
Bütün xəbərlər